Nəzarət-Təftiş Komissiyası

Əliyev Mayıl Qasım oğlu – üzv

Əliyev Mayıl Qasım oğlu 5 mart 1943-cü ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdur. 1960-cı ildə həmin kənddə orta məktəbi bitirərək kamal attestatı aldıqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Politexnik Universiteti) axşam şöbəsinə qəbul olunan Mayıl Əliyev gündüzlər Qazan Mexaniki zavodunda çilingər işləmişdir.

O, 1963-cü ilin noyabr ayında orduya çağırılmış, 1966-cı ilin dekabr ayında ordudan təxris olunduqdan sonra ali təhsilini davam etdirmişdir. 1970-ci ildə institutda təhsilini başa vuraraq “mühəndis-mexanik” ixtisası üzrə diplom almışdır.

1967-ci ilin yanvar ayında Bakı Mərmər zavodunda “mərmər kəsicisi” kimi işə başlayan Mayıl Əliyev 1969-cu ildə sex rəisi təyin olunmuşdur. Həmin zavodda böyük mühəndis, istehsalat şöbəsinin rəisi vəzifələrində çalışan Mayıl Əliyev 1983-cü ildə zavodun baş mühəndisi təyin olunmuşdur. Sonralar zavodun strukturunda dəyişikliklər olmuş və Bakı Üzlük Materialları Kombinatı adlandırılmışdır. 1944-cü ildə kombinatda bir neçə şöbə birləşdirilmiş və Mayıl Əliyev Texniki nəzarət, Təhlükəsizlik texnikası və Əməyin mühafizəsi şöbələrinin rəisi təyin olunmuşdur.

Mayıl Əliyev 2009-cu ildən təqaüdə çıxmışdır və 2011-ci ilin oktyabr ayından Nizami Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvüdür.

Leave a Reply

Your email address will not be published.