Təbriklər

Etibar İmanov – 75

May ayının 20-də Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqal, dəyərli ziyalı Etibar İmanovun 75 yaşı tamam olur.
Yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik Etibar İmanov uzunmüddətli uğurlu pedaqoji fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində Beyləqan rayonu və ətraf rayonların əhalisi arasında böyük hörmət və nüfuza sahib olmuşdur. Təhsil sahəsində qazandığı uğurlara və səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülən Etibar müəllimin insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı və nikbinliyi çoxları üçün örnək sayıla bilər. Hər zaman müstəqil Azərbaycan dövlətçiliyinin inkişafına dəyərli töhfələr verən Etibar İmanov bu gün də Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və vətəpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.
Şərəf və vicdanla yaşadığı ömrünün kamillik zirvəsində olan Etibar İmanovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gördüyü bütün işlərdə uğurlar arzulayırıq!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Leave a Reply

Your email address will not be published.