Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

İyul ayının 21-də Nəsimi Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.  Nəsimi Rayon İcra Hakimiyyətində baş tutan konfransda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, İdarə heyətinin üzvləri Xalid Kərimov, İsgəndər Ələsgərov, Təftiş komissiyasının üzvləri Rəhman İbişzadə, Fəxrəddin Əliyev və həmçinin rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Rayon Ağsaqqallar şurasının sədri professor Vaqif Şadlinski çıxış edərək ilk növbədə rayon Ağsaqqallar Şurasına yaradılan yeni rahat şərait ilə bağlı rayon rəhbərliyinə təşəkkürünü bildirdi.

Professor Vaqif Şadlinski öz çıxışında bu günlərdə respublika Ağsaqqallar Şurası  və respublika Müharibə və Əmək Veteranları Şurası ilə birgə iclasında respublika ağsaqqalları qarşısında qoyulan məsələlər haqqında rayon ağsaqqallarına ətraflı məlumat verdi. Əlavə olaraq 44 gün ərzində qazanılmış qələbədən, rayonun şəhid ailələrinə və qazilərə edilən qayğılardan geniş şərh vermiş , rayonda gedən abadlıq və quruculuq işlərindən söz açmışdır. O bildirmişdir ki, rayon ağsaqqalları rayonun ictimai və siyasi işlərində yaxından iştirak etməli, gənclərin təlim və tərbiyəsində öz tövsiyələrini verməlidirlər.

Sədr Vaqif Şadlinski qarşıdan gələn rayon ağsaqqallarının hesabat yığıncağı ilə əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumatlar vermiş və qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Rayon ağsaqqallarından İmamverdi Həmidov, Xalid Kərimov, Fəxrəddin Əliyev və başqaları çıxış edərək rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda keçirilən tədbirlərdə daha yaxından iştirak etməyi tövsiyə etdilər.

Sədr müavini İmamverdi Həmidov öz çıxışı zamanı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsindən və bu istiqamətdə ağsaqqalların rolundan söz açmışdır. O bildirmişdir ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənclərin milli ruhda tərbiyəsi daim diqqət mərkəzindədir və ağsaqqallar burada öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. O həmçinin rayonun şəhid ailələri və qazilərindən söz açaraq qeyd etdi ki, biz ağsaqqallar, bacardığımız qədər o insanlara mənəvi dəstək olmalı, onlardan qayğımızı əsirgəməməliyik.

Professor İmamverdi Həmidov ağsaqqallara keçirilən tədbirlərdə fəal iştirak etməyi və qarşıda duran məsələlərlə daha yaxından əlaqədar olmağı tövsiyə edərək çıxışını yekunlaşdırdı.

Sonda isə professor Vaqif Şadlinski rayon Ağsaqqallar Şurasına edilən qayğıya görə bir daha Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Leave a Reply

Your email address will not be published.