Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Göyçay və Ağdaş rayon təşkilatlarında hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovun iştirakı ilə sentyabr ayının 9-da Göyçay və Ağdaş rayonlarında Şuranın yerli təşkilatlarının hesabat konfransları keçirilib.KonfranslardaMilli Məclisin deputatları Cavid Osmanov və Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, o cümlədən rayon ağsaqalları, ziyalıları və digər yerli təşkilatların  əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən rayon rəhbərləri qonaqları və tədbir iştirakçılarını salamlayaraqrespublikamızın son illər ərzində əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, hər iki rayonda həyata keçirdikləri səmərəli işlərlə seçilən yerli təşkilatlar  Azərbaycan Ağsaqqallar Şurasının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırladıqları iş planları əsasında uğurla fəaliyyət göstərirlər.

Daha sonra Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Rüstəmovvə Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev yerli təşkilatların fəaliyyətləri barəsində məruzə edərək bildiblər ki, rayonların Ağsaqqallar Şurasının üzvləri mütəmadi şəkildə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir,  qaziləri həmişə diqqət mərkəzində saxlayır, rayonların ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda yetişdirilməsi işində əllərindən gələn köməkliyi əsirgəmirlər.

Konfranslarda çıxış edən Eldar İbrahimovAzərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin salamalarını tədbir iştirakçılarına çatdırdıqdan sonra bildirib ki, Azərbaycan dövlətinin müstəqillik tarixindən keçən  30 illik dövr ərzində ağsaqqallar ulu öndər Heydər Əliyevin siyasətinə daim sadiq olmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük missiyaya hər zaman dəstək vermişlər.Dövlət başçısı cənab İlham Əliyevin tarixi “Mən nəyi, nə zaman, necə edəcəyimi yaxşı bilirəm” fikrini bir daha tədbir iştirakçılarına xatırladan natiq vurğulayıb ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda hazırda böyük quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir.Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov,həmçinin aparılanuğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan söhbət açaraq ölkəmizin çiçəklənməsində ağsaqqalların üzərinə düşən vəzifələrdən də danışıb. Vurğulayıb ki, gəncləri narkomaniyadan və digərzərərli vərdişlərdən qorumaq, erkən nigaha, boşanmalara və dini ekstremizmə qarşı mübarizə aparmaq məqsədilə ağsaqqallar  tərəfindən daha səmərəli, maarifləndirici tədbirlər həyata keçirilməlidir. Çıxışının sonunda yerli təşkilatlarda canlanmanın müşahidə edildiyini bildirən Eldar İbrahimov görülən işləri qənaətbəxş hesab edərək hər iki rayonun Ağsaqallar Şurasına  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra tədbirlərdə çıxış edən Milli Məclisin deputatları Cavid Osmanovvə Məzahir Əfəndiyev, habelə digər natiqlər respublikamızın hər yerində olduğu kimi Göyçay və Ağdaşda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə rayon ağsaqqallarının yaxından iştirak etdiklərinin, öz zəngin bilik və təcrübələrini əsirgəmədiklərinin şahidi olduqlarını xüsusi minnətdarlıqla qeyd ediblər.Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

 

Leave a Reply

Your email address will not be published.