Təbriklər, Xəbərlər

TAHİR SÜLEYMANOV – 74

Sentyabr ayının 24-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, görkəmli ictimai-siyasi xadim, müdrik ağsaqqal Tahir Süleymanovun 74 yaşı tamam olur.
Gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti, işgüzarlığı və alicənablığı ilə seçilən Tahir Süleymanov yalnız ona doğma olan Dəvəçi (indiki Şabran) və ətraf rayonların əhalisi arasında deyil, bütün Azərbaycanda yüksək nüfuza sahibdir. O, tanınmış ictimai-siyasi xadim kimi 20 illik uğurlu parlament fəaliyyəti, savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanmışdır. Fəaliyyəti boyunca Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyən Tahir Süleymanov ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərmişdir. Şərəfli və məhsuldar ömür yolu keçən Tahir müəllim həyatının bu müdriklik çağında da Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayır.
Bu xoş fürsətdən istifadə edərək Tahir Süleymanovu – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan Ona  uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor       Eldar QULİYEV

Leave a Reply

Your email address will not be published.