Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası xeyriyyə işlərini davam etdirir

Azərbaycan Ağsaqqallar Şurası tərəfindən təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin iştirakı ilə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbəsinin sakinlərinə, o cümlədən ağsaqqallara, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə və aztəməminatlı ailələrə iftar süfrəsi verilib.

İftarda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və digər məsul şəxslər iştirak ediblər.

İftar mərasimi din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Həmçinin müqəddəs kitabımız olan “Qurani Kərim”in müsəlmanlara nazil olduğu Ramazan ayının fəzilətindən danışılıb. Mərasimdə iştirak edənlər süfrə açılmasında əziyyəti olan hər bir kəsə, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasına və ölkəmizin bugünkü sabitliyi, tərəqqisi və gündən-günə güclənməsi uğrunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sakinləri salamlayan Eldar Quliyev Allahdan oruc tutan insanların oruc və niyyətlərinin qəbul olunmasını arzulayıb. Ramazan ayının sonunda bayram süfrələrinin də verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Bununla yanaşı, xeyriyyə işlərini davam etdirən Azərbaycan Ağsaqqallar Şurası dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələrini və göstərdikləri şəxsi nümunələri rəhbər tutaraq  şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı ilə yanaşır. Belə ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin şəxsi təşəbbüsü ilə növbəti xeyirxah əməl Binəqədi rayonunun Biləcəri qəsəbəsində həyata keçirilib. Həmin qəsəbənin sakini, Vətən müharibəsi qazisi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş Əliağa Əliyevin ailəsi ziyarət edilib, onlara ərzaq yardımı göstərilib. Eldar Quliyevin tapşırığı ilə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli ailənin problemləri ilə yaxından maraqlanıb və onların aradan qaldırılması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılacağını və lazımi köməkliyin göstəriləcəyini bildirib.

Leave a Reply

Your email address will not be published.