Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının sədr müavini, millət vəkili Binəli Yıldırıma təbrik məktubu ünvanlayıb:
“Ortaq tarixə, dilə, inanca və mədəniyyətə malik Türkiyə və Azərbaycan sıx əlaqələrlə bir-birinə bağlanan və keçmişdə olduğu kimi bu gün də eyni taleyi bölüşən iki qardaş ölkədir. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” tarixi kəlamını biz bu gün fəxrlə “Qardaş Türkiyənin kədəri – kədərimiz, sevinci – sevincimizdir” kimi deyərək Sizi, bütün türk xalqını sevincli gününüz olan Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, qardaş Türkiyə xalqına daim firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayırıq! Əminik ki, ümummilli liderimiz Heydər Əliyevin tarixi sözləri ilə desək, “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə dostluq münasibətləri Türk dünyasının iki nəhəng və qardaş lideri olan cənab Rəsəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin rəhdərliyi ilə gələcəkdə də dinamik şəkildə inkişaf edəcək, xalqlarımız hər zaman sülh və rifah içində yaşayacaqdır.
Əziz dostum, qardaşım! Bir daha, Sizi və qardaş Türkiyə xalqını bu əlamətdar və tarixi gün münasibətilə səmimi-qəlbdən təbrik edirik! Yaşasın əbədi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV”