Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, deputat Məşhur Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxslər 8 noyabr – Zəfər Günü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər ediblər.
Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbul və bayram tədbirinə bu ölkənin dövlət və hökumət, habelə ağsaqqallar təşkilatının nümayəndələri, Ali Məclisin təmsilçiləri, nazirlər, elm və mədəniyyət xadimləri qatılacaqlar.
Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söhbət açılacaq, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri barədə məlumat veriləcək.
Səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistan Ali Məclisində, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində və Ağsaqqallar Təşkilatında bir sıra görüşləri nəzərdə tutulub.
Səfər barəsində daha geniş məlumat veriləcəkdir.
Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi Özbəkistanda Zəfər Günü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcəklər
- 03-11-2022
- [14:05]
- [ ]
03
Nov