Dünən Macarıstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PM) toplantısı keçirilib. Onlayn keçirilən iclasda 12 ölkənin parlament nümayəndələri iştirak edib.
Toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yekdilliklə QDİƏT PA-nın sədr müavini seçilib.
Qeyd edək ki, qurum 25 iyun 1992-ci ildə İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranıb. Təşkilatın tərkibinə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya, Ermənistan daxildir. QDİƏT ölkələri milli enerji sistemlərinin vahid Qara dəniz dairəsində birləşdirilməsi, regional nəqliyyat dəhlizlərinin vahid dünya nəqliyyat sisteminə inteqrasiyası və inkişafı və digər məsələlərlə bağlı birgə layihələr üzərində çalışırlar.