Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev növbəti dəfə idmançı gənclərlə görüşüb

Hər zaman gənclərin qayğıları, fiziki və mənəvi sağlamlıqları  ilə yaxından maraqlanan, onlara xüsusi diqqət ayıran Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev növbəti dəfə  cüdo idman növü üzrə  yüksək nailiyyət əldə etmiş uşaq və yeniyetmə idmançılarla, onların məşqçiləri ilə görüşüb.

Görüş zamanı Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini və respublikamızı beynəlxalq səviyyədə uğurla təmsil edən bir çox gənc idmançıların yetişdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da idmanımızın inkişafına xüsusi diqqət və qayğı göstərir. Adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan igid qazilərimizin, qəhrəman və unudulmaz şəhidlərimiz gənc nəsil üçün ən gözəl örnək olduğunu bildirən Eldar Quliyev yeniyetmə idmançılarımıza daim Vətənimizi sevməyi, hər bir sahədə, o cümlədən idman sahəsində  dövlətimizi və xalqımızı layiqincə təmsil edərək daha böyük uğurlar qazanmağı arzulayıb.

Görüşün sonunda Eldar Quliyev gənc idmançılara və  məşqçilərinə pul mükafatları təqdim edərək, onlarla xatirə şəkli çəkdirib.

Leave a Reply

Your email address will not be published.