Xəbərlər

Azərbaycanın enerji sektorunun şaxələndirilməsi iqtisadiyyatımızın inkişafına mühüm tohfə verəcək

Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli dünya dövlətlərinin rəhbərlərini bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yeri olan bu sərgi 1994-2003-cü illərdə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən keçirilməyə başlayıb.

İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsinin” imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumlarının, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin inzalandığı meydançaya çevrilib.
Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya və digər müvafiq sahələr üzrə ixtisaslaşdırılmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir.
Ümummilli Liser Heydər Əliyevin dövründə ardıcıl və sistemli şəkildə həyata keçirilən bu sərgilər sonrakı mərhələdə də dövlət başçısı İlham Əliyevin neft-qaz siyasətində prioritetə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi dövründə keçirilən ilk sərgi – XI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi 2004-cü il 2 iyun tarixində baş tutub.
Ümummilli Lider Heyrəd Əliyev tərəfindən əsası qoyulan bu beynəlxalq tədbir artıq ənənəvi hal alaraq ölkə başçısı cənab İlham Əliyevin prezidentlik dövründə də çox mühüm və prioritet beynəlxalq layihə kimi şəxsən özünün birbaşa rəhbərliyi altında hər il davamlı olaraq keçirilməkdədir.
Belə ki, növbəti beynəlxalq “Xəzər Neft-Qaz” konfransı, Bakıda iyunun 1-dən 3-nə qədər davam edən sərgi – tədbir baş tutdu. Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak etmişdir.
Dövlət başçısı İlahm Əliyev sərginin açılış mərasimində çıxış etmişdir. Ölkə başçısının məzmunlu və diqqətəlayiq çıxışı, tədbir iştirakçıları tərəfindən alqışlarla dinlənilmişdir.
Son illər Azərbaycanda enerji sahəsində böyük işlər görülüb və hal-hazırda da bu işlər davam etməkdədir. O cümlədən, “Qobu Enerji Qovşağı” son illər ərzində ölkəmizdə inşa edilən ən böyük enerji layihələrindən biridir. Əlbəttə ki, mümkün olan ən qısa zaman kəsiyində belə nahəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü iqtisadi və maliyyə imkanlarından xəbər verir. Təxminən 2 ay yarım bundan öncə gücü 750 meqavat olan Yaşma yarımstansiyasının və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlığına, enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə olacaq.
Diqqətəlayiq bir hal da budur ki, genişmiqyaslı nahəng layihələrin icrasında Azərbaycan şirkətləri, mütəxəssisləri və vətəndaşları iştirak ediblər. Bu isə ölkəmizin, eyni zamanda, həm iqtisadi, həm də texniki imkanlarının nümayişidir.
Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əsası qoyulan və onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində, qısa müddət ərzində böyük nailiyyətlər əldə olunmuşdur.
Bu gün Azərbaycan 4 qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir və ixracın həcmi getdikcə artmaqdadır. Təkcə ötən il həmin ölkələrə 1,6 milyard kilovat saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bu gün qonşu ölkələrə həm neft, həm təbii qaz, həm də neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edir. Qeyd olunmalıdır ki, müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində əsaslı dəyişikliklər həyata keçirilib. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin surətdə aşağı düşürdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Eyni zamanda ölkənin təbii ehtiyatlarının həcmi bu vəziyyətin hələ uzun müddət davam edəcəyinə dəlalət edir.
Artıq bir neçə ildir ki, bərpa olunan enerji mənbələrinin aşkarlanması və onların istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirilib. Bunun əlbəttə ki, bir neçə səbəbi vardır.
İlk növbədə, bərpa olunan enerji növləri ən təmiz enerji növüdür. Bu isə əlbəttə ki, ətraf mühitin qorunmasına xidmət edən amildir. Bərpa olunan enerji növlərinin istehsalına qoyulan investisiyalar da ilk növbədə bu məqsədi güdür.
Əlbəttə ki, bu şərait ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində yaranıb. Əgər Azərbaycan indiyədək neft-qaz sahəsində uğurlu siyasət aparmasaydı, tərafdaş ölkələri inamını,etibarını qazana bilməsəydi, heç kəs bu layihələrin icrasına və istismarına bu qədər böyük miqdarda sərmayə yatırmazdı.
Əlbəttə əminliklə qeyd etməliyik ki, bu miqyasda böyük həcmli enerji layihələrinin həyata keçirməsində və bu layihələrə xarici ölkə şirkətlərinin maraqlarını cəlb etmək üçün Azərbaycanda keçirilən müxtəlif beynəlxalq forum, tədbir və konfransların mühüm rolu vardır. Onlardan ən başlıcası isə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan beynəlxalq “Xəzər Neft və Qaz ” sərgisinin ənənəvi olaraq hər il xarici şirkətlərin Bakıda keçirməsi bu nəhəng layihələrə sərmayə yatırılması üçün ən optimal variant kimi sayıla bilər. 1 iyun 2022-ci ildə də növbəti 27 Beynəlxalq “Xəzər Neft və Qaz” Bakı enerji formu Bakı EKSPO Mərkəzində keçirildiyi tədbir və sərgisinin aşılış mərasimində çıxış edən ölkə başçısı cənab İlham Əliyev Azərbaycanda enerji sahəsinin müstəqillik dövründə keçdiyi inkişaf yoluna, cari vəziyyətə və gələcək perspektivlərə dair fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşdü. O, diqqətə çatdırdı ki, Azərbaycanın enerji strategiyasını, o cümlədən “Əsrin müqavilə”sinin həyata keçirilməsində, ilk növbədə, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri mühüm rol oynamışdır. Daha sonra isə “Şahdəniz” qaz yatağının işlənməsi nəticəsində Azərbaycanın enerji sektorunda neftlə bərabər qaz istehsalı və ixracı da mühüm yer tutmuşdur. Qaz ixracında 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum boru kəməri xüsusən ilkin mərhələdə xüsusi rol oynayıb. Hazırda isə Azərbaycanın təşəbbüsü ilə yaradılmış 3500 km-lik Cənub Qaz Dəhlizi bu sahədə ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırmış, onu mühüm qaz ixracatçısına çevirmişdir.
Bu il Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunacaq qazın həcminin 24 milyard kvadrat metrə çatacağı gözlənilir, xüsusilə Avropada Azərbaycan qazına olan tələbat artmaqdadır. Lakin qaz sektoru spesifik sahə olduğundan qısa müddətdə qaz istehsalını kəskin şəkildə artırmaq mümkün deyil. Bunu həyata keçirmək üçün danışıqlar aparmaq, müqavilələr bağlamaq, onu imzalamaq və müvafiq işlər görmək, o cümlədən Cənub Qaz dəhlizinin ötürücülük qabiliyətini genişləndirilmək lazımdır. Ona görə də potensial tərəfdaşlar arasında yaxın əməkdaşlıq və dialoq tələb olunur .Bakı enerji həftəsi bu məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından əlverişli platformadır. Çünki burada maraqlı hökumət və dövlətlərin rəsmiləri, ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edirlər.
Azərbaycan iri enerji şirkətləri və müxtəlif ölkələr ilə bu sahədə uzunmüddətli etibarlı səmərəli əməkdaşlıq və tərəfdaşlıq təcrübəsinə malikdir.
Amerika və Böyük Britaniya Azərbaycanın yürütdüyü enerji siyasətini daim dəstəkləyir. İngiltərənin BP şirkəti Azərbaycan üçün strateji tərəfdaş və aparıcı investordur. Eləcə də Avropa Kommisiyası Azərbaycanla enerji sahəsində yaxından iştirak edir və məhsuldar tərəfdaşlıq edir. Dünya Bankı, Avropa yenidən qurma və inkişaf bankı, Asiya inkişaf bankı, Avropa investisya bankı və Asiya infrastuktur və invesitsya bankı cənubi qafqaz dəhlizinin maliyyələşməsində iştirak edir. Xüsusilə qeyd edilməlidir ki, enerji sahəsindəki nüfuzlu tərəfdaşlıq Azərbaycanın Türkiyə və Gürcüstanla münasibətlərini yüksək səviyyəyə qaldırıb. Beləliklə, ölkə başçısı İlham Əliyevin yürütdüyü enerji siyasəti Azərbaycanın xarici siyasətinə və beynəlxalq münasibətlərində uğurlu inkişafına ciddi töhfə verib.
Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənmir, yeni perspektivləri inkişaf etdirmək əzmi və iradəsi göstərir. 4-cü sənaye inqilabının göstərdiyi yenilik, fürsət və imkanlarından enerji sektorunda bəhrələnmək Azərbaycanın iqtisadi prioritetləri sırasındadır. Bu baxımdan Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi əhəmiyyət verir və bu istiqamətdə xarici tərəfdaşlarla artıq böyük layihələrə start verilib. “ACWA POWER” və “MASTAR ” kimi nəhəng enerji şirkətləri Azərbaycanda günəş və külək enerjisi stansiyaları inşa edirlər. BP şirkəti ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunda bərpa olunan enerji layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. Eləcə də Xəzər dənizinin Azərbaycan sektorunun nəhəng bərpa olunan enerji potensialının və işğaldan azad edilmiş digər ərazilərin, o cümlədən Kəlbəcər və Laçın rayonlarının bərpa olunan enerji potensialının reallaşdırılması nəzərdə tutulur. Bu lahiyələr iqtisadiyyatın enerjiyə olan təlabatını qarşılamaqla yanaşı, xarici elektirik enerjisi ixracının həcmini də əhəmiyyətli sürətdə artırmağa imkan verəcək. Ölkə başçısı cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Zəngəzur təkcə nəqliyyat dəhlizi deyil, həm də enerji dəhlizi kimi çıxış edə bilər. Enerji sektorunun şaxələndirilməsi nəticə etibarilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək. Beləliklə, Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi bəyanatlar və onların praktik təzahürləri, görülən işlər və onların ilkin nəticələri Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələyə qədəm qoyduğu qənaətinə gəlməyə əsas verir.

Babayev Kamil Rəcəb oğlu
Nərimanov Rayon Ağsaqqallar Şurasının sədr müavini

Leave a Reply

Your email address will not be published.