Təbriklər, Xəbərlər

Bəhlul Abbasov – 75

Fevralın 20-də Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasovun 75 yaşı tamam olur. Hər zaman Azərbaycan dövlətinə və xalqımıza böyük əzmkarlıqla xidmət göstərən Bəhlul müəllim hal-hazırda da müdrik bir ağsaqqal kimi cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Bəhlul Abbasovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uca Allahdan Ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gördüyü bütün işlərdə uğurlar arzulayırıq!

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Leave a Reply

Your email address will not be published.