Xəbərlər

“Dastanlara dönəydi hər kəsin ömür yolu”

Bu günlərdə Bakının “Elm və təhsil” nəşriyyatında Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyevin geniş oxucu kütləsi üçün nəzərdə tutulan 124 səhifəlik “Dastanlara dönəydi hər kəsin ömür yolu” kitabı çap edilib.

Müəllifin sayca 15-ci kitabının nəşrində amalı və məqsədi bundan əvvəlki kitablarında, yüzlərlə iri həcmli məqalə və yazılarında toxunduğu kimi cəmiyyətdə intellekt sahibi kimi tərəqqiyə can atmaq, inkişaf ilə ayaqlaşmaq, aqil insan kimi hər bir işində Vətəni sevərək azərbaycançılıqla fəxr etmək, ictimai mövqeyində fəallıq  nümayiş etdirmək, bəzi sahələrdə cəmiyyətə zidd təzahürlərə sağlam tənqid və prinsipial mövqe tutmaq, ailəyə, uşaq və gənclərə milli-mənəvi və əxlaqi keyfiyyətləri çatdırmaq məsələləri ön plandadır.

Mülahizə və rəyləri geniş həyat təcrübəsi və xidmətləri ilə tanınan müəllif və ağsaqqalın, tanınmış yaradıcı ziyalının oxucularına səmimi qəlblə ünvanladığı xeyirxah çağırışıdır. Burada məqsəd odur ki, oxucu bunlardan faydalansın, hər bir uğurumuzu dəyərləndirsin, müsbət addımları müqəddəs addımlarında əsirgəməsin. Hesab etmək olar ki, əsərdə sadalanan qayğılar, problemlər mərhəmətlə, saf ürək isintisi və döyüntüsü ilə ağsaqqal və təcrübəli yazar kimi hər bir oxucunun qəlbinə geniş yol tapacaqdır.

Kitab Masallı Rayon Ağsaqqallar Şurasının təşəbbüsü, təşkilat rəhbərinin maddi dəstəyi ilə nəşr olunub.

“Dastanlara dönəydi hər kəsin ömür yolu” kitabının elmi redaktoru və ön sözün müəllifi, pedaqogika elmlər doktoru, Professor Fərahim Sadıqov, məsləhətçi və rəyçiləri tarix elmləri doktoru, Professor Musa Quluzadə, şair Nurməmməd Ağa, tərtibçi redaktoru AJB-nin üzvü, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayevdir.

 

Əlihüseyn Şükürov,

Masalılıda çıxan «Yeni həyat» qəzetinin Baş redaktoru

Leave a Reply

Your email address will not be published.