BAŞSAĞLIĞI
2021-ci il noyabr ayının 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbçilərimizin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.
Böyük kədər hissi ilə bu qəzada dünyasını dəyişən şəhid-hərbçilərimizə Allahdan rəhmət diləyir, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağalmağını arzu edirik!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili Eldar Quliyev