Lerik rayonunun Mistan kəndində Vətən müharibəsi şəhidi Babayev Çingiz Sulduz oğlunun doğum günü ilə əlaqədar xatirəsi anılıb.
Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, YAP Lerik Rayon Təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik Rayon Təşkilatının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xitmətinin Lerik Rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev , YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, şəhidin ailə üzvləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olan şəhid Çingiz Babayev 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib. 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Lerik rayonu Mistan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, əsgər Babayev Çingiz ölümündən sonra “İgidliyə görə” , “Suqovuşanın azad olunmasına görə” , “Laçının azad olumasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Lerik rayonunda şəhidin xatirəsi anılıb
- 22-09-2022
- [11:02]
- [ ]
22
Sep