Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin (Türkmənistan Parlamentinin Yuxarı Palatası) sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan ağsaqqalı olaraq Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasına üzv olub.
Bu barədə Türk Dövlətləri Təşkilatı məlumat yayıb. Həmçinin qeyd olunub ki, Qurbanqulu Berdiməhəmmədovun Türk Dövlətləri Təşkilatının daimi məşvərət orqanı olan Ağsaqqallar Şurasında iştirakı Türkmənistanın Türk dünyasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəyə yeni təkan olacaqdır.
Xatırladaq ki, Türkmənistan 2021-ci ildən Türk Dövlətləri Təşkilatının fəaliyyətində müşahidəçi üzv qismində iştirak edirdi.