Aparat

Rzayev Rafiq Məcid oğlu

Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi

Rzayev Rafiq Məcid oğlu

Rzayev Rafiq Məcid oğlu 11 iyun 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1981-1989-cu illərdə Şahbuz rayonunda, 1989-1991-ci illərdə isə Abşeron rayonu Mehdiabad qəsəbəsində orta təhsil almışdır. 1991-1995-ci illərdə Futurologiya Universitetində, 2003-2008-ci illərdə isə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində ikinci ali təhsil almışdır. Magistratura üzrə təhsilini 2009-2010-ci illərdə Naxçıvan Dövlət Universitetində, 2010-2011-ci illərdə isə Dövlət Neft Akademyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) davam etdirmişdir. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantıdır.

1992-ci ildən əmək fəaliyyətinə başlayaraq bir sıra müəssisələrdə çalışmışdır. 2003-cü ilin əvvəllərindən isə fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” qəzetinin redaksiyasında tərcüməçi kimi davam etdirmişdir. 2007-ci ildən həmin redaksiyada texniki redaktor, 2011-ci ildən isə məsul katib vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi dövrdə AMEA-nın və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının mətbu orqanı olan “Elm” qəzetinin, həmçinin AMEA-nın mətbu orqanı olan “Azərbaycan və azərbaycanlılar” jurnalının bütün buraxılışlarında yaxından iştirak etmişdir. “Elm” qəzetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 50 illik yubileyinə, ümummilli lider Heydər Əliyevin 85 və 90 illik yubileylərinə, akademik Zərifə Əliyevanın 85 və 90 illik yubileylərinə, akademik Cəlal Əliyevin 80 illik yubileyinə və digər tanınmış şəxslərə həsr olunmuş xüsusi buraxılışlarının hazırlanmasında, görkəmli alim, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı kitabın hazırlanmasında, həmçinin Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının tərcüməsində və redaktəsində bilavasitə iştirak etmişdir. AMEA-nın üzvləri haqqında məlumat kitabının (2 cilddə) və digər kitabların, əsərlərin işıq üzü görməsində əməyi olmuşdur. 2017-ci ildən Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi vəzifəsində çalışır.

Leave a Reply

Your email address will not be published.