Xəbərlər

Ucar və Zərdab rayonlarında Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

İyun ayının 10-da Ucar və Zərdab Rayon Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, rayon ağsaqqalları, ziyalılar və şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan hər iki rayonun icra başçıları ağsaqqalların Ucar və Zərdabın ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini, ağsaqqal məsləhətinin hər birimiz üçün həmişə dəyərli olduğunu qeyd ediblər. Vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən rayon ağsaqqalları üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirir, gənclərin Vətənə, xalqa və dövlətə layiqli vətəndaş olmalarında mühüm rol oynayırlar.
Sonra Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyevin və Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynovun təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. Məruzələrdə rayon ağsaqqallarının gördükləri işlərdən, keçirdikləri tədbirlərdən, habelə şəhid ailələri və qazilərlə baş tutan görüşlərdən, gənclərlə aparılan maarifləndirmə fəaliyyətlərindən və qarşılarında duran gələcək vəzifələrdən bəhs edilib.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdıraraq respublika ağsaqqallarına göstərilən diqqət və qayğıdan söhbət açıb. Ağsaqqal sözünün hər zaman olduğu kimi bu gün də çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbədən, işğaldan azad olunmuş rayon və kəndlərimizdə aparılan geniş vüsətli bərpa-quruculuq işlərindən də danışıb. Təqdim olunan hesabatları qənaətbəxş hesab edərək , gələcək fəaliyyətlərində rayon ağsaqqallarına daha böyük uğurlar və yüksək əzmkarlıq diləyib.
Yekunda çıxış edən Ucar və Zərdab rayonunun ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklərinə söz verərək, onlara göstərilən dövlət qayğısından, həmçinin fiziki və mənəvi cəhətdən sağlam gənc nəslin yetişdirilməsinin zəruriliyindən bəhs ediblər.

Leave a Reply

Your email address will not be published.