Xəbərlər

Füzuli Rayon Ağsaqqallar Şurasının üzvləri “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda keçirilmiş konfransda iştirak ediblər

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Füzuli rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib. Konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, İctimai şuranın üzvləri, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Zülfüqar Əliyev “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda çıxış edib. Öz çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı yüksək xidmətlərindən bəhs edən natiq qeyd edib ki, olumla ölüm arasındakı zaman kəsiyi olan ömrü hər kəs bir cür yaşayır. Biri qısa və şərəfli şəhid ömrü, digəri müharibənin fiziki və psixoloji yarasını özündə gəzdirən qazi ömrü, başqa birisi isə şəhid valideyni ömrü yaşayır. Bir ömür də var ki, Vətəninə, xalqına,  dövlətinə millətinə həsr olunur və bu da Ümummilli Liderimiz Heydər Əliyev ömrüdür. Zülfüqar Əliyev, həmçinin, vurğulayıb ki, Azərbaycan səhiyyəsi Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə öz intibahını tapıb, həmin illərdə yeni səhiyyə müəssisələri tikilib və yaxud yenidən qurularaq xalqın istifadəsinə verilib. Habelə bütün sahələrdə milli kadrların hazırlanması günün tələbləri səviyyəsinə yüksəldilib. Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqətdən söz açan Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev hazırda həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.