Xəbərlər

Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri “Bilik Günü” ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak ediblər

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov və İdarə Heyətinin üzvləri Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbdə “Bilik Günü” ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və doğma torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Səidə İbrahimova açaraq yeni başlayan dərs ilində şagird və müəllim kollektivini təbrik edib, onlara və ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar arzulayıb.
Sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən bəhs edib. O da öz növbəsində işıqlı sabahlara ilk addımını atan bütün balaca şagirdləri və onlara yol göstərən dəyərli müəllimləri “Bilik Günü” münasibətilə təbrik edərək hər birinə uğurlar diləyib.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Ramiz Sadıxov da öz çıxışında məktəblilərə yaxşı oxumağı tövsiyə edərək, onlara vətənə layiqli övlad olmalarını arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də məktəblilərin sevincinə şərik olaraq onlarla bağlı arzularını bölüşüblər.
“İlk zəng” səsləndirildikdən sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və sədr müavini Ramiz Sadıxov məktəbdə birinci sinif şagirdləri üçün yaradılmış şəraitlə tanış olublar və balaca məktəblilərlə xatirə şəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.