Xəbərlər

Gəncə Şəhər Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans keçirib

07 may 2026-cı ildə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin akt zalında Gəncə Şəhər Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının qərarlarından irəli gələn məsələlərin həlli üçün Gəncə ağsaqqalları qarşısında duran vəzifələr” mövzusunda konfrans keçirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, ali və orta ixtisas məktəblərinin və digər müəssisələrin nümayəndələrinin, eləcə də Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvlərinin iştirakı ilə keçirilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehriramla yad edilib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ötən dövr ərzində rəhmətə gedən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının Aparat rəhbəri Şaiq Ələsgərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı məktubun mətnini oxuyub. Sonra Azərbaycan Ağsaqqalar Şurasının Nizamnaməsində edilmiş dəyişiklər barədə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Ramiz Sadıxov konfras iştirakçılarına geniş məlumat verib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Əjdərli öz çıxışında respublika ağsaqqallarının ölkəmizin inkişafındakı xidmətlərindən ətraflı söhbət açıb. Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, “Fəxri Ağsaqqal”, professor Nurəddin Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının gedişatı haqqında konfrans iştirakçılarına müfəssəl məlumat verib. Vurğulayıb ki, Qurultayın qərarlarından irəli gələn məsələlərin həlli üçün Gəncə Şəhər Ağsaqqallar Şurası bundan sonra da aktiv fəaliyyətini davam etdirəcəkdir.

Sonra konfransda Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova “Ulu Öndər Heydər Əliyev irsinin təbliğatı istiqamətində görülən işlər”, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin I müavini Zabit Xəlilov “Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının qərarlarından irəli gələn məsələlərin həlli üçün Gəncə Şəhər Ağsaqqallar Şurasının qarşısında duran vəzfələr”, Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü və Təftiş Komissiyasının sədri Siyasət Məmmədov “Təftiş Komissiyasının qarşısında duran vəzifələr” mövzularında çıxışlar ediblər. Natiqlər qarşıda duran vəzifələr, görüləcək işlər və həyata keçiriləcək layihələr barədə məlumat veriblər. Gəncə Şəhər Ağsaqqallar Şurasının Aparat rəhbəri Şaiq Ələsgərov isə öz çıxışında bildirib ki, keçirilən tədbirlərin geniş içtimaiyyətə çatırılması məqsədi ilə kütləvi informasiya vasitələrində yayımlanması, maarifləndirici yazıların və müsahibələrin verilməsi istiqamətində işlərin daha da yaxşılaşdırılması, KİV ilə qarşılıqlı konstruktiv əməkdaşlığın qurulması qarşımızda duran əsas vəzifələrdən biridir.

Daha sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının bir qrup üzvünə səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə”lər verilib. Şuranın 2 yeni üzvünə vəsiqələr təqdim olunub. Həmçinin konfransın Bəyannaməsi oxunaraq, yekdilliklə qəbul edilib.

Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi ətrafında xatirə şəkli çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.