Aparat

Həsənli Ramin Elxan oğlu

2Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri

Həsənli Ramin Elxan oğlu

Həsənli Ramin Elxan oğlu 30 iyul 1980-ci ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və 2001-ci ildə həmin universitetin məzunu olmuşdur.

Ramin Həsənli 2001-2013-cü illərdə fərdi biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2014-2015-ci illərdə Kolin şirkətində yol mühəndisi vəzifəsində çalışmış, 2015-2016-ci illərdə isə Azəryol Voleybol Klubunda menecer kimi fəaliyyət göstərmişdir. 2016-2017-ci illərdə o, “Baku European Games Operation Committee”də Korporativ direktorun inzibati işlər üzrə asistentı vəzifəsini icra etmişdir. 2020-ci il oktyabr ayının 5-dən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəridir.

Ramin Həsənli 2007-ci ildən YAP Səbail rayon təşkilatının üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.