Xəbərlər

“Heydər Əliyev-100. Ulu Öndərin irsi yaşayır və qalib gəlir.”

Masallı Rayon Agsaqqallar Şurasının təşəbbüsü ilə rayonda yaradılan Ağsaqqallar klubu təşkilatın üzvlərinin, təqaüdçülərin, ahıl insanların, o cümlədən rayonun digər ictimaiyyət nümayəndələrinin sevimli mədəni istirahət yerinə çevrilib. Son illərdə burada keçirilən tədbirlər, yubileylər, şəhid ailələri, qazilər, ədəbi mühitin nümayəndələri, ziyalılar və tanınmış agsaqqallarla görüşlər iştirakçıların xatirəsində silinməz iz buraxıb. Xüsusilə 2023-cü il – “Heydər Əliyev İli”ndə təşkilatın təşəbbüsü ilə keçirilən kütləvi tədbirlər Masallı Rayon Agsaqqallar Şurasının gündəlik fəaliyyətində əsas yer tutub. Şuranın fəal üzvlərinin və gənclərin qoşuldugu tədbirlər bu il daha çox keçirilib. Əsasən 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və şanlı Ordumuzun antiterror əməliyyatları barədə maraqlı söhbətlərə, şəhid ailələri və qazilərlə görüşlərə, xüsusilə ağsaqqal şair və yazarların Ulu Öndər Heydər Əliyevə həsr etdikləri kitab, məqalə və digər ədəbi nümunələrin təqdimatına, uşaqların və gənclərin maarifləndirilməsi ilə bağlı yazılmış kitabların müəllifləri ilə görüşlərə, həmçinin yubilyarların, cəmiyyət həyatında fərqlənən şəxslərin, o cümlədən idmanda yüksək yer tutmuş gənclərin məşqçilərinin xidmətlərinin qiymətləndirilməsinə və onların rəgbətləndirilməsinə daha geniş diqqət ayrılır. Bir çox tədbirlər və toplantılar müxtəlif təşkilatlarla birgə həyata keçirilir. Bu tədbirlərdən xatirə olaraq çəkilən fotolardan hazırlanan stendlər Agsaqallar klubunun foyesini bəzəyir. Bu günlərdə “Heydər Əliyev-100. Ulu Öndərin irsi yaşayır və qalib gəlir” adı altında hazırlanan sayca 9-cu fotostend izləyicilərin ixtiyarına verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.