İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və kənd ağsaqqalları iyul ayının 1-də İmişli rayonunun Qaralar kənd sakini, Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuş Məmmədova Gülsüm Hüseyn qızını ziyarət edərək 100 illik yubileyi münasibətilə təbrik ediblər.
Gülsüm Məmmədova və onun ailə üzvləri ilə görüşən ağsaqqallar yubilyara milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə ötürülməsi işinə verdiyi töhfələrə görə, eləcə də 100 illik yubileyi münasibətilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun imzası ilə Fəxri Fərman təqdim etmiş, ona daha uzun və sağlam ömür arzulamışlar.
Bir əsr şərəfli ömür yolu keçmiş Gülsüm Məmmədovanın özünün şəxsən qonaqları mehriban qarşılaması, sərbəst şəkildə fikrini ifadə etməsi və yaddaşının güclü olması böyük heyranlıqla qarşılanmışdır.


