Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurası növbəti dəfə xeyriyyə aksiyası həyata keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən hər zaman aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün davamlı müvafiq tədbirlər həyata keçirilir. Öz fəaliyyətində hər zaman Ölkə başçısının qətiyyətli daxili və xarici siyasətini, o cümlədən uğurlu sosial siyasətini rəhbər tutan Azərbaycan Ağsaqqallar Şurası və onun respublikamızın 79 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq xalqımıza xas xeyirxahlıq və humanizm prinsiplərinə uyğun nəcib əməllərini, yardım ənənələrini davam etdirir. Belə ki, növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü və İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun dəstəyi və təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayonda aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib. Xeyriyyə aksiyası İmişli rayonunda, ümumilikdə, 800-ə yaxın ailəni əhatə edib.

Bu xeyirxah addım sayəsində ərzaq sovqatları alan rayon sakinləri tərəfindən dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə dərin təşəkkür ifadə olunub və Saleh Səmədovun maddi dəstəyi sayəsində mütəmadi xarakter almış bu sosial yardımlar yüksək qiymətləndirilib və böyük minnətdarlıqla qarşılanıb.
İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov aksiyada iştirak edən rayon sakinlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edərək, onlara möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıb. Vurğulayıb ki, vətəndaşlarımızın rifah halının yüksəldilməsi və problemlərinin həlli üzrə həyata keçirilən uğurlu dövlət siyasətinə töhfə vermək məqsədi daşıyan bu xeyriyyə aksiyası, nəcib ənənə bundan sonra da davam etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.