Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbirdə iştirak ediblər

İyun ayının 12-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və təşkilatın üzvləri rayonun Heydər Əliyev Mərkəzində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan inkişafa: Müdrik siyasətin uğurlu nəticələri” adlı konfransda iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla anılıb. Parkın ərazisində təşkil olunan rəsm sərgisinə, Heydər Əliyev Mərkəzində isə kitab sərgisinə və Ulu Öndərin stendinə baxış keçirilib.
Konfransdan öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, habelə ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün Ümummilli Liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir. Ulu Öndər Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır.
Çıxışlardan sonra konfrans öz işini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.