Xəbərlər

İmişlidə Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib

İmişli rayon Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib. Görüşdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və rayon ağsaqqalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Yığıncaqda ilk olaraq Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində xalqın ön sıralarında olaraq insanlara doğru-düzgün yol göstəriblər. 1993-cü ilin təlatümlü günlərini xatırlamaq kifayətdir. İkinci dəfə əldə edilən müstəqilliyimiz böyük təhlükə qarşısında idi. Belə bir mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti məhz ağsaqqallar idi.
Sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədr müavini Ramiz Əmirov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ağsaqqallara, ziyalılara və gələcəyimiz olan gənclərə xüsusi diqqət  və qayğı ilə yanaşıb, onlara böyük dəyər verib.
Bəcirəvan Kənd Ağsaqqallar Şurasının sədri Məmi Atakişiyev də öz çıxışında Azərbaycanda “ağsaqqal” sözünə ehtiramla yanaşılmasının çox qədim, tarixi və zəngin ənənələrindən söhbət açıb.
Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının yeni üzvü Adil Kərimov qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə vacib sayılıb. Yeni ailə qurulanda, dara düşəndə, mübahisəli məsələlərin həllində ağsaqqal sözü keçərli olub. Ağsaqqallar gənclərə dəyərli məsləhətlər verib, düzgün yol göstəriblər.
Yığıncaqda çıxış edən digər natiqlər Azərbaycan Pespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu, zəngin irsini ən layiqli şəkildə davam etdirməsindən söz açıblar.
Tədbirin sonunda Kənd Ağsaqqallar Şurasının yeni seçilmiş sədrlərinə döş nişanları təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.