Xəbərlər

İSA HƏBİBBƏYLİ – 75

Hörmətli İsa müəllim!

Sizi – müasir Azərbaycan elminin nüfuzlu simasını, xalqımızın görkəmli  ictimai-siyasi xadimini,  dəyərli ağsaqqalı və tanınmış ziyalını 75 İllik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, uca Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin tərəqqisi naminə çoxşaxəli və məsuliyyətli  fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Siz Azərbaycan ziyalısının ən nəcib xüsusiyyətlərini özündə cəmləşdirən, müdrik, təvazökar, qayğıkeş, ən başlıcası isə yüksək mənəviyyata malik böyük alim və nüfuzlu şəxsiyyətsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan  Milli  Elmlər  Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətiniz sayəsində elmin cəmiyyətdə təbliğ olunması istqamətində effektiv nailiyyətlər əldə edilmişdir. Hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gələcək tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləmisiniz. Sizin təşəbbüsünüz və səyləriniz nəticəsində Milli Məclisdə qəbul edilən qanunlar ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr vermişdir.

Siz öz şərəfli həyat yolunuz və zəngin təcrübənizlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi də üzərinizə düşən vəzifələri böyük məsuliyyət və həvəslə yerinə yetirirsiniz. Vətənpərvər ictimai-siyasi xadim, tanınmış alim və nüfuzlu el ağsaqqalı olaraq gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqlik və vətənpərvərlik ruhunda maarifləndirilməsində, onların elmə maraqlarının artırılmasında yüksək əzmkarlıq nümayiş etdirirsiniz.

Hörmətli İsa müəllim!

Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha əlamətdar Yubileyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti və çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyiniz bütün işlərdə və dəyərli elmi fəaliyyətinizdə tükənməz nailiyyətlər diləyirəm!

 

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

sədri, millət vəkili, professor                                                                                                           Eldar QULİYEV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.