Xəbərlər

İsmayıllıda ağsaqqalların iştirakı ilə Ahıllar Günü  münasibətilə görüş keçirilib

1 Oktyabr – Ahıllar Günü münasibətilə İsmayıllı Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun ictimai-mədəni həyatında fəal iştirak edən ağsaqqal və ağbirçəklərlə görüş keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xuduyev, eləcə də ağsaqqallar, ağbirçəklər, şəhid valideynləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı yaşlı nəslin nümayəndələrinin təcrübəsindən yararlanmağın, onların fikir və məsləhətlərini dinləməyin əhəmiyyəti vurğulanıb. Şəhid valideynlərinin müraciət və istəkləri diqqətlə dinlənilib. Bildirilib ki, ağsaqqalların həyat təcrübəsi, müdrik məsləhətləri və mənəvi dəstəyi cəmiyyətimiz üçün hər zaman dəyərli olub. Onların fikirlərinə və tövsiyələrinə ehtiyac duymaq, təcrübələrindən faydalanmaq milli-mənəvi dəyərlərimizin yaşadılmasına və nəsillər arasında sağlam bağların qorunmasına mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.