Nəzarət-Təftiş Komissiyası

Məhərrəmov Vaqif Əfsər oğlu-üzv

Məhərrəmov Vaqif Əfsər oğlu 1950-ci il iyul ayının 30-da Beyləqan rayonunda anadan olmuşdur. 1957-1967-ci illərdə Cəbrayıl rayonunun Soltanlı kənd məktəbində orta təhsil almışdır. 1968-1972-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsində oxumuşdur.

Vaqif Məhərrəmov 1973-cü ildə Cəbrayıl rayonunun Soltanlı kənd məktəbində muəllim işləmişdir. 1973-cü ilin may ayından 1974-cü ilin may ayına kimi hərbi xidmətdə olmuşdur. O, 1975-1978-ci illərdə Cəbrayıl rayon Komsomol komitəsində təşkilat şöbə müdiri vəzifəsini daşımışdır.

1978-ci ildən Cəbrayıl rayon Polis şöbəsində baş inspektor kimi fəaliyyətə başlayan Vaqif Məhərrəmov 1981-1986-cı illərdə keçmiş SSRİ-nin Daxili İşlər Nazirliyinin Akedemiyasında təhsil almışdır. 1989-1992-ci illərdə Cəbrayıl Rayon Polis şöbəsində əməliyyat işləri üzrə rəis müavini, 1992-ci ilin fevral ayından 2009-cu ilin mart ayına kimi isə Cəbrayıl Rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1996-cı ildən polis polkovniki rütbəsini daşıyan Vaqif Məhərrəmov 2009-cu ilin mart ayında təqaüdə çıxmışdır.

Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvüdür.

Vaqif Məhərrəmovun polis orqanlarındakı fəaliyyəti dövründə yüksək nizam-intizamı və nümunəvi xidməti Daxili İşlər Nazirliyi tərəfindən «Polis əlaçısı» döş nişanı (1988), «Qüsursuz xidmətə görə» (1991), «II dərəcəli məharət» (1997), «I dərəcəli məharət» (2001), «Usta məharət dərəcəsi» (2008) və «Azərbaycan Polisinin 100 illik yubileyi» (2018) medalları ilə mükafatlandırılıb. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Azərbaycan Respublikası Cümhuriyyətinin 100 illik yubileyi» (2019) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən «Həmkarlar İttifaqında xidmətlərinə görə» (2020) medalları ilə də təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.