Xəbərlər

Masallı Rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Masallı Rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb.

24 iyun 2024-cü il tarixində Masallı rayonunun Agsaqqallar klubunda keçirilən tədbirdə Azərbaycan Agsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor İbrahim Quliyev çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında uzun müddət səmərəli fəaliyyət göstərən Masallı Rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevi xalqımıza və vətənimizə göstərdiyi dəyərli xidmətlərinə görə və 80 yaşına çatması münasibətilə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edərək, ona “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib və gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.
Masallı Rayon Agsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev ona göstərilən bu yüksək etimada görə öz minnətdarlığını bildirərək vurğulayıb ki, bu təkcə onun yox, bütün rayon agsaqqallarının əməyinə göstərilən diqqət və qayğıdır. Masallı rayonunun ağsaqqalları bundan sonra da Azərbaycanın inkişafı naminə bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Əlimərdan Abdullayev, Rayon Agsaqqallar Şurasının üzvləri – Məmmədəli Nağıyev, Əyyub Mehdiyev, Əlövsət Sadıqov, habelə Şəmsurə Əliyeva və digər rayon ziyalıları Ələşrəf Niftiyevi təbrik edərək ona möhkəm cansağlığı və gələcək işlərində müvəffəqiyyətlər diləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.