Xəbərlər

Masallı Rayon Ağsaqqallar Şurasının üzvünün yubileyi keçirilib

Masallı Rayon Agsaqqallar Şurası və Təzəkənd Ərazi İnzibati vahidinin təşəbbüsü ilə Rayon Ağsaqqallar Şurasının (RAŞ) üzvü, el ağsaqqalı Miraga Cəfərovun 60 illik yubileyi keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti Başçısının ərazi üzrə nümayəndəsi Əli Əhmədli açaraq yubilyarı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ağsaqqallara göstərilən diqqət və qayğıdan, o cümlədən bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxış edərək yubilyarın Rayon Şurasının fəaliyyətindəki səmərəli rolundan, habelə onun kənd ərazisində aparılan quruculuq-abadlıq  işlərindəki fədakar əməyindən bəhs edib. Daha sonra  Miraga Cəfərova RAŞ-ın təbrik məktubunu və hədiyyəsini təqdim edib.

Kənd sakinlərindən şəhid valideyni Camal Əliyev, birinci Qarabağ müharibəsinin qazisi Fuad Agayev, həmçinin Xalıq Tagıyev, Fərhad Cəfərov, Elman Məcidov və digər onu tanıyanlar təbrikə qoşulublar.

Miraga Cəfərov iştirakçılara səmimi təbriklərinə görə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.