22 İyul – Milli Mətbuatımızın yaranmasının 151-ci ildönümü münasibətilə Ağdaş Rayon Ağsaqqallar Şurası Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirib.
Rayonun ağsaqqallarının, ziyalılarının, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini məruzə ilə çıxış edib. Həmçinin vaxtilə Ağdaşda nəşr olunan sabiq “Əmək” qəzetinin sabiq redaktoru, ağsaqqal jurnalist Rafiq Rəhimov və uzun müddət “Ağdaş” qəzetinin sabiq redaktoru olmuş “Tərəqqi” medallı, “Milli Mətbuatın Yaranmasının 150 illiyi” yubiley medallı Tofiq İsayev də geniş nitq söyləyiblər.
Natiqlər qeyd ediblər ki, Azərbaycan mətbuatının 151 yaşı tamam olur. Bu, artıq tariximizin şanlı səhifəsidir. Ölkədə ilk mətbu orqanı olan “Əkinçi” qəzeti Azərbaycanın maarifpərvər oğlu Həsən bəy Zərdabinin təşəbbüsü ilə 22 iyul 1875-ci ildə nəşrə başlamışdır. İki ildən bir az artıq ömür sürmüş “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görmüşdür. Buna baxmayaraq, Azərbaycan Milli Mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamışdır. Müstəqilliyimizin tarixindən keçən dövrdən bəri 22 iyul Milli Mətbuat Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri müstəqil Azərbaycan mətbuatını yaratması və inkişaf etdirməsidir. Çıxışçılar, həmçinin, vurğulayıblar ki, bu sahəyə xüsusi diqqət yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamlar ölkədə jurnalistlər ordusunun yaranmasına xüsusi imkanlar açıb. KİV-lər əlavə dəyər vergisindən azad edilib, keçmiş borcları silinib, qəzet və jurnal redaksiyalarına maddi yardımlar olunub. Maarifçilik təbliğatının geniş vüsət aldığı bir vaxtda Ağdaş rayonunda da mətbu orqanının inkişafına şərait yaranıb. Hazırda “Ağdaş” adı ilə nəşr olunan qəzetin bünövrəsi 1932-ci ildə qoyulmuşdur. Ötən dövrdə müxtəlif adlarla “Ağdaş pambıqçısı”, “Yeni həyat”, “Əmək” adları ilə nəşr olunmuşdur. Qəzetin mərhum redaktoru Fariz Rüstəmov möhtərəm Prezidentimizin 21 iyun 2005-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” adına alayıq görülüb. Hazırda “Ağdaş” qəzeti Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənovdur. Qəzet ayda bir dəfə nəşr olunur.
Sonda natiqlər bütün media nümayəndələrini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulyıblar.






