Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Fidail Rəhimov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizin ictimai və sosial-iqtisadi həyatında, eləcə də Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza və Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı Tikiş Evi ASC-nin sədri Fidail Rəhimovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb.

Fidail Rəhimovun 75 illik yubileyinə həsr olunmuş tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski və Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli çıxış edərək yubilyarı 75 yaşının tamam olması münasibətilə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik, edərək ona Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar. Vurğulayıblar ki, Fidail müəllim gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti ilə Azərbaycan xalqına və dövlətinə uğurla xidmət etmişdir. Rəhbərlik etdiyi Bakı Tikiş Evi ASC ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfələr vermişdir. O, həmçinin, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik ağsaqqal kimi ölkəmizin ictimai həyatında yaxından iştirakı ilə cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Sonra Fidail Rəhimova “Fəxri Ağsaqql” döş nişanı təqdim edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları – Asif Əsgərov, Afət Həsənova, Nəsimi Rayon İcra Hakimiyyətinin müavinləri – Gülarə Verdiyeva, Zahid Xəlilov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və başqaları iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.