Yanvar ayının 5-də Astara Rayon Ağsaqqallar Şurasının sədri, alicənab insan, dəyərli ziyalı Natiq İbadovun 65 yaşı tamam olur.
Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik Natiq İbadov uzunmüddətli uğurlu fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində Astara rayonu və ətraf rayonların əhalisi arasında böyük hörmət və nüfuza sahib olmuşdur. Bir sıra məsul vəzifələrdə çalışan Natiq müəllimin işlədiyi sahələrdə qazandığı nailiyyətlər və səmərəli fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə qiymətləndirilmişdir. Fəaliyyəti boyunca hər zaman Azərbaycan dövlətçiliyinin inkişafına dəyərli töhfələr verən Natiq İbadov bu gün də Astara Rayon Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və vətəpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni əsirgəmir.
Həyat və fəaliyyətinin hər bir addımı xalqımıza və dövlətimizə dəyərli xidmət nümunələri ilə zəngin olan Natiq İbadovu 65 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV