Xəbərlər

NAZİR ƏHMƏDOV- 70

Oktyabr ayının 5-də Göyçay Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal, Azərbaycanın kənd təsərrüfatının inkişafına uzun illər vicdanla xidmət etmiş alicənab insan Nazir Əhmədovun 70 illik yubileyi tamam olur.

Nazir Əhmədov mənalı ömür yolunu doğma Göyçayın və bütövlükdə cəmiyyətimizin inkişafına fədakar xidmətə həsr etmiş, əmək fəaliyyətinin bütün mərhələlərində yüksək məsuliyyət, peşəkarlıq, prinsipiallıq və vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Uzun illər aqrar sahədə müxtəlif məsul vəzifələrdə uğurla çalışan Nazir müəllimin kənd təsərrüfatının inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Nazir müəllimin həyat yolunun təqdirəlayiq mərhələlərindən biri də onun əmək fəaliyyətini başa vurduqdan sonra ictimai həyata fəal şəkildə bağlı qalması və ağsaqqallıq missiyasını böyük məsuliyyətlə üzərinə götürməsidir. 2025-ci ilin iyul ayından Göyçay Rayon Ağsaqqallar Şurasının sədri seçilən Nazir Əhmədov qısa müddət ərzində özünün zəngin həyat təcrübəsi, müdrikliyi, təmkinli davranışı, insanlarla ünsiyyət qurmaq bacarığı və yüksək təşkilatçılıq keyfiyyətləri ilə rayon ictimaiyyətinin böyük rəğbətini qazanmışdır. Bu gün Nazir müəllimin rəhbərliyi ilə Göyçay Rayon Ağsaqqallar Şurasının fəaliyyətində ağsaqqallıq ənənələrinin qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, cəmiyyətdə sağlam mənəvi mühitin və həmrəyliyin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Onun gənclərlə aparılan işlərə, milli-mənəvi dəyərlərin və ailə ənənələrinin qorunmasına, vətənpərvərlik və dövlətçilik ruhunun gücləndirilməsinə, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin təşviqinə verdiyi töhfələr yüksək qiymətə layiqdir. Əminik ki, Nazir müəllim bundan sonra da öz müdrikliyi və həyat təcrübəsi ilə Göyçayda ağsaqqallıq institutunun nüfuzunun yüksəldilməsi, insanların birliyi və ictimai münasibətlərin sağlam əsaslar üzərində inkişafı üçün dəyərli fəaliyyətini uğurla davam etdirəcəkdir.

Göyçay rayonunun hörmətli ziyalısı, müdrik ağsaqqal, nəcib insan, Azərbaycanın kənd təsərrüfatının inkişafına uzun illər xidmət etmiş fədakar əmək adamı Nazir Əhmədovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, könül rahatlığı, daim yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 

üzvləri adından Şuranın sədri, millət vəkili, 

professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.