Oğuz, 15 aprel, Mustafa Dadaşov, İMZAİNFO
Oğuz rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Rayon icra hakimiyyətindən İMZAİNFO-nun bölgə müxbirinə bildirilib ki, konfransı icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq, rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən danışıb, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan bəhs edib.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Konfransda Oğuz Rayon Ağsaqqallar Şurasının Nizamnaməsi təsdiq edilib, Cuma Cumayev Şuranın sədri, Xalid Babayev sədr müavini, Emin Əzimli, Arif Abdullayev və İlyas Cabbarov idarə heyətinin üzvləri seçiliblər.
Uzun müddət səmərəli fəaliyyətinə görə Cuma Cumayevə Respublika Ağsaqqallar Şurasının Fəxri Fərmanı təqdim olunub.