Xəbərlər

Oğuz Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda tədbir keçirilib

Oğuz şəhər Emin Abdullayev adına 2№-li Texniki və Təbiət fənləri Təmayüllü Liseydə Oğuz Rayon Ağsaqqallar Şurasının, YAP Oğuz rayon təşkilatının və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (ŞZRTİ) Oğuz rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, ŞZRTİ-nin Oğuz rayon üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev , Oğuz şəhər 4 N-li ərazi partiya təşkilatının fəalları, eləcə də ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Oğuz şəhər 4N-li Ərazi Partiya Təşkilatının sədri Günel Abdullayeva tədbirin məqsədi barədə məlumat verib. O, bildirib ki, 2024-cü il 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu qərar hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıyır.

Tədbirdə digər natiqlərlə yanaşı, Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov da çıxış edib. O, öz nitqində suverenlik anlayışının mahiyyəti, suverenliyimizin tam bərpa olunması və onun qorunmasının dövlətin müstəqilliyi üçün nə qədər vacib olduğunu, bu sahədə Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin tarixi xidmətlərini qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunub, bu gün də Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirir. Ehtibar Yusubov, həmçinin, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar nəticəsində qəbul edilən Konstitusiyamız dövlət, cəmiyyət, vətəndaş arasındakı münasibətləri tənzimləyən ən ali qanundur və qanunvericilik sisteminin əsasıdır.

Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz şəhər Emin Abdullayev adına 2 N-li Texniki və Təbiət fənləri Təmayüllü Liseyin direktoru Qəmzə Süleymanova və liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Zəkəriyyəyeva Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə misilsiz inkişafın növbəti mühüm mərhələsi gözlədiyini, dövlətimiz və xalqımızın tarixi nailiyyətlərə imza atmaqda davam edəcəyini bildirib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar sayəsində Azərbaycan dövləti bu gün müstəqil, güclü və suveren bir ölkə kimi dünya arenasında layiqli yer tutur.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.