Xəbərlər

Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvləri “Ailəmiz – ən güclü dəyərimiz” adlı konfransda iştirak ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15 may 2026-cı il tarixində Beynəlxalq Ailə Gününə həsr olunan “Ailəmiz – ən güclü dəyərimiz” adlı konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsinə xidmət edəcək tədbirlərin davam etdirilməsi olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, şəhid ailələrinin üzvləri, rayonun idarə, təşkilat rəhbərləri, gənc ailələr ilə yanaşı, Rayon Ağsaqqallar Şurasının üzvləri, uzunömürlü ailələrin nümayəndələri də iştirak etmişlər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyulub.

Konfransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər ailənin cəmiyyətin əsas dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu olduğunu vurğulayaraq, Azərbaycanda sağlam ailə modelinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığını bildiriblər. Qeyd ediblər ki, müasir dövrdə qloballaşma, sosial dəyişikliklər və rəqəmsallaşma fonunda ailə institutunun üzləşdiyi çağırışlar şəraitində ənənəvi dəyərlərin qorunması ilə müasir tələblər arasında balansın saxlanılması mühüm əhəmiyyət daşıyır. Dövlətin həyata keçirdiyi məqsədyönlü ailə siyasəti nəticəsində Azərbaycan ailə modeli sağlam təməllər üzərində inkişaf edir. Natiqlər bütün tədbir iştirakçılarını Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək ailələrə xoşbəxtlik, rifah və sağlam münasibətlər, ölkəmizə isə əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.

Konfransda, həmçinin, Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələr tədbir iştirakçılarına təqdim olunub. Ailələr uzun illərə söykənən ailə dəyərləri, qarşılıqlı hörmət, anlayış və birliyin önəmi barədə fikirlərini bölüşərək gənclərə öz tövsiyələrini veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.