Xəbərlər

Problemlərlə bağlı ağsaqqallarla növbəti görüş keçirilib

 Azərbaycan Ağsaqqallar Şurasına daxil olan şikayətlərin yerindəcə  araşdırılması üçün Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin tapşırığı ilə təşkilatın əməkdaşları – Aparat rəhbəri Ramin Həsənli və böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev Abşeron rayonunun Saray və Qobu qəsəbələrində ağsaqqallarla görüş keçiriblər. Hər iki qəsəbə nümayəndəliyində, o cümlədən şikayətçilərin evində baş tutan görüşlər  zamanı problemlər dinlənilib.

Rayon İcra Hakimiyyəti başçısının Saray və Qobu qəsəbələri üzrə nümayəndələrinin də iştirak etdiyi bu görüşlərdə ağsaqqalları narahat edən məsələlərlə bağlı müraciətləri ətraflı cavablandıran Ramin Həsənli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Abşeron rayonunun da inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda uğurla davam etdirildiyini vurğulayıb. Əhalinin, o cümlədən ağsaqqalların problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin tapşırığı ilə yerlərdə keçirilən bu cür görüşlər ağsaqqalların qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ həllinə imkan yaradır.

Daha sonra ağsaqqalları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb və bu məsələlərin tez bir zamanda həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının bu qəsəbələr üzrə nümayəndəlikləri və digər aidiyyəti qurumlarla birgə  müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.