Xəbərlər

Qala və Binə qəsəbələrinin ağsaqqalları deputatla görüşüblər

Qala və Binə qəsəbələrinin ağsaqqalları 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə deputat Gülşən Paşayeva ilə görüşüblər.

Görüşdə Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, ağsaqqallar və ziyalılar, həmçinin Binə və Qala inzibati ərazi dairələrinin nümayəndəliklərinin və müvafiq bələdiyyələrin təmsilçiləri iştirak ediblər.

Görüş zamanı bir sıra vacib məsələlər – vətəndaşların qeydiyyatı və əmlaklarının sənədləşdirilməsi, qaz, su təchizatı, kanalizasiya, yol və digər həllivacib problemlərlə bağlı müzakirələr aparılmış, səmərəli tövsiyələr və təkliflər səsləndirilmişdir. Ağsaqqallar qəsəbə sakinlərinin qarşılaşdıqları çətinliklər haqqında məlumat vermişlər.

Milli Məclisin deputatı Gülşən Paşayeva ağsaqqalları diqqətlə dinləyərək, qaldırılan məsələlələrin qeydiyyatını aparmış və müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndəriləcəyini bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.