Aprel ayının 5-də Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovun 75 yaşı tamam olur.
Şərəf və vicdanla yaşadığı ömrünün müdriklik zirvəsində olan Əvəz müəllim sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Gənc yaşlarından respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən Əvəz Mikayılov fəaliyyəti boyu hər zaman milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləyib.
Cənnət Qarabağımızın gözəl və vüqarlı Ağdam Rayonunun Ağsaqqallar Şurasının sədri olaraq Əvəz müəllim bu gün də dəyərli şəxsiyyət, müdrik ağsaqqal kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Yüksək vətənpərvərlik hisslərinə malik Əvəz Mikayılovu 75 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz gənclik enerjisi və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV