Xəbərlər

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

1918-ci il mart ayının 31-dən aprel ayının 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin törətdikləri soyqırım nəticəsində 10 minlərlə günahsız soydaşımız qətlə yetirilmişdir.

Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə bu faciə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

31 Mart Azərbaycanlıların Soyqırımı Günündə bu faciənin qurbanlarını dərin hüznlə və rəhmətlə anaraq xalqımıza səbr diləyirik!

Ötən dövr ərzində aparılmış araşdırmalar nəticəsində ermənilərin törətdiyi vəhşiliklərlə bağlı bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır. Bu tarixi faktlar bir daha sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı aksiyalar daha geniş əraziləri əhatə etmiş və faciə qurbanlarının sayı dəfələrlə çox olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən Azərbaycanlıların Soyqırımının 100 illiyi respublikamızla yanaşı, xarici ölkələrdə yaşayan həmvətənlərimiz, diaspor təşkilatları,  səfirliklərimiz tərəfindən də geniş şəkildə qeyd edilmişdir. Xalqımıza qarşı törətdilən bəşəri cinayətlər barədə həqiqətlər dünya ictimaiyyətinə  çatdırılmışdır.

Unutmamalıyıq ki, tariximizin daha dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Milli ruhda tərbiyə olunan vətənpərvər, mübariz gənclərimiz hər zaman  tariximizi yaxşı öyrənməlidirlər. Çünki tarixinə sahib çıxan, keçmişini unutmayan, bu günü ilə fəxr edən və gələcəyə qürurla addımlayan xalq yenilməzdir. Xalqımız bunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdi.

Azərbaycan Ağsaqqallar Şurası

Добавить комментарий

Ваш адрес email не будет опубликован.