Xəbərlər

Ağsaqqallar ölkəmizin ictimai-mədəni həyatında mühüm rol oynayırlar

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Saatlı Rayon İcra Hakimiyyətinin konfrans zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclasda çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bildirib ki, Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək, öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Akademik Əhliman Əmiraslanov, həmçinin Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışıb, onun ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.

Tədbirdə Sədafər Hüseynov Saatlı Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib. Həmçinin qurumun İdarə Heyətinin və Təftiş Komissiyasının yeni üzvləri müəyyənləşib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.