Xəbərlər

Arif Hümbətov – 60

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətovun 60 illik yubileyi Nərimanov rayonunda qeyd edilib. Yubiley tədbirində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, RİH başçısının müavini İradə Muradova, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxsləri Zakir Nazıyev və Elşad Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin direktoru Asif Əsədov, Nərimanov RİH-in əməkdaşları və rayon gəncləri iştirak ediblər.

Tədbirdə qonaqlar Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətova yubiley münasibətilə səmimi təbriklərini və ən xoş arzularını çatdırıblar. Qeyd ediblər ki, Arif Hümbətov bizlərə əbədiyyət ömrü ilə bütün nəsillərə örnək olan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində tarixi qələbənin qazanılmasında böyük sücaət göstərərək doğma torpaqlarımızın işğaldan azad edilməsi yolunda canını əsirgəməyən igidlərimizdən biri – Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası kimi, həmçinin Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri kimi çox dəyərlidir. Eyni zamanda onun rayon gənclərinin vətənpərvər, Vətənini və dövlətini sevən vətəndaş olaraq yetişməsində böyük rol oynadığını vurğulayıblar. Həmçinin iştirakçılar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Vətən müharibəsində Ordumuzun göstərdiyi şücaətdən, hal-hazırda Qarabağda aparılan quruculuq işlərindən, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan söhbət açıblar. Arif Hümbətov isə öz növbəsində bir şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğını çox yüksək qiymətləndirdiyini qeyd edib, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Sonda Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətova Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla İdarə Heyətinin üzvlərinin təbriki çatdırılıb, hədiyyə və gül dəstəsi təqdim olunub. Digər tədbir iştirakçıları  tərəfindən də yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.