Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından Mehriban xanımı təbrik edib:
Hörmətli Mehriban xanım!
Sizi doğma Vətənimizin çiçəklənməsinə həsr etdiyiniz dəyərli ömrünüzün əlamətdar və xoş günü olan Ad Gününüz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisinə istiqamətlənmiş çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayırıq!
Zəngin intellektə, güclü təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət kimi Siz nəcib əməlləriniz, humanizminiz, yüksək mədəniyyətiniz və sadəliyiniz ilə milyonların böyük sevgi və rəğbətini qazanmısınız. Siz Azərbaycanın birinci xanımı, sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də dövlət başçısı cənab İlham Əliyevin hər zaman ən böyük tərəfdaşı, mübarizə yoldaşı olmusunuz. Yorulmaz və qətiyyətli fəaliyyəti ilə Azərbaycanın işıqlı gələcəyi uğrunda mübarizə aparan ölkə Prezidentini daima dəstəkləmiş, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, vətənpərvər ictimai-siyasi xadim olaraq Azər¬bay¬ca¬nın daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin real¬¬laşdırılması yolunda əlinizdən gələni əsirgəməmisiniz. Respublikamızın keçmişini, bu gününü və gələcəyini əhatə edən uğurlu layihələr, Azərbaycanı dünyaya tanıtmaq məqsədi daşıyan, o cümlədən ölkəmizin rifahı, elm və mədəniyyətimizin inkişafı üçün atılmış bir çox addımlar Sizin sərhəd tanımayan fəaliyyətiniz, səy və işgüzarlığınız nəticəsində həyata keçmişdir. Ahılların, şəhid ailələrinin, qazilərin, yardıma ehtiyacı olan bütün vətəndaşlarımızın rifah halının yüksəldilməsi, mövcud problemlərinin aradan qaldırılması üçün sosial tələbatlarının ödənilməsi, onlara yüksək diqqət və qayğının göstərilməsi Sizin fəaliyyətinizin əsas leytmotivini təşkil edir.
Hörmətli Mehriban xanım!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə Azərbaycanın tərəqqisinə istiqamətlənmiş dəyərli fəaliyyətinizdə yüksək nailiyyətlər, sevinc dolu günlər və əmin-amanlıq diləyirik!
Allah Sizi qorusun!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV