Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası nəcib təşəbbüslərini davam etdirir

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev hər zaman şəhid ailələrinin, qazilərin və qayğıya ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsini diqqətdə saxlayır, onların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Öz fəaliyyətində daim dövlət başçısının uğurlu daxili və xarici siyasətini rəhbər tutan Azərbaycan Ağsaqqallar Şurası da xalqımıza xas xeyirxahlıq və humanizm prinsiplərinə uyğun olaraq nəcib əməllərini, yardım ənənələrini davam etdirir. Belə ki, Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və qurumun İdarə Heyətinin üzvlərinin təşəbbüsü ilə təşkilat tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il ərəfəsində  Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhidlərimizin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə ərzaq yardımı edilib.

Bu qəsəbələrdə yaşayan 130 ailəyə baş çəkərək yardım paylarını təqdim edən və problemləri ilə maraqlanan Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və qurumun digər rəsmi şəxsləri Kamal Əliyev, Elşad Quliyev Respublika Ağsaqqallar Şurasının rəhbərliyinin salamlarını onlara çatdıraraq bundan sonra da şəhid ailələrinə, qazilərimizə və aztəminatlı ailələrə qayğı göstəriləcəyini qeyd ediblər. Sakinlər onlara göstərilən bu diqqəti böyük məmnunluqla qarşılayaraq öz təşəkkürlərini bildiriblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.