Xalqımızın milli mentalitetində humanizm, xeyirxahlıq və mərhəmət kimi ali dəyərlər hər zaman ön planda olub. Bu yüksək mənəvi dəyərlərimizin qoruyucusu və eyni zamanda daşıyıcısı olan möhtərəm Prezidentimiz, ulu öndər Heydər Əliyevin zəngin irsinin davamçısı, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev qayğıya ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə də şəhid ailələrinin və qazilərin sosial müdafiəsini daim diqqətdə saxlayır. Onların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan Ağsaqqallar Şurası xeyirxahlıq və humanizm prinsiplərinə sadiq qalaraq Milli Məclisin deputatı, professor Eldar Quliyevin rəhbərliyi ilə öz nəcib ənənələrini davam etdirir, şəhid ailələrinin, qazilərin, aztəminatlı ailələrin ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və bu işə öz layiqli töhfəsini verir.
Oktyabrın 9-da növbəti dəfə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində Respublika Ağsaqqallar Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış əsgər və zabitlərin ailələrinə, həmçinin köməyə ehtiyacı olan, uşaqlıqdan əlillikdən əziyyət çəkən xəstə insanların ailələrinə yardım edilib.
Bu qəsəbələrdə yaşayan 125 şəhid və qazi ailəsinə, həmçinin digər aztəminatlı ailələrə baş çəkərək yardım paylarını təqdim edən və problemləri ilə maraqlanan Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxsləri Kamal Əliyev, Rafiq Rzayev və başqaları Şuranın sədri, millət vəkili Eldar Quliyevin salamlarını onlara çatdırıb, uca Allahdan Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyiblər. Qeyd edilib ki, Azərbaycan Ağsaqqallar Şurası Eldar Quliyevin rəhbərliyi ilə bundan sonra da şəhid ailələrinə, qazilərimizə və ehtiyacı olan insanlara öz qayğısını əsirgəməyəcəkdir. Sakinlər göstərilən bu diqqəti məmnunluqla qarşılayaraq öz minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurası xeyirxahlıq və nəciblik missiyasını davam etdirir
- 09-10-2022
- [17:06]
- [ ]
09
Окт