Hörmətli Ağsaqqallar!
Sizi Azərbaycan tarixinin ən parlaq səhifəsi olan 8 Noyabr – Zəfər Günü, Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbənin ikinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin rifahı, tərəqqisi və əmin-amanlığı naminə gördüyünüz bütün işlərdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq!
Tarixi ədaləti bərpa edən bu şanlı Zəfər uzun müddət qətiyyətlə aparılan uğurlu siyasətin məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən rəşadətli Azərbaycan Ordusu düşməni təslim olmağa məcbur edərək əzəli, əbədi torpaqlarımızı işğaldan azad etdi. Hər bir azərbaycanlı kimi biz ağsaqqallar da bu şanlı Qələbənin müəllifi olan möhtərəm Prezidentimizin yenilməz sərkərdəlik qətiyyəti və yüksək diplomatiya istedadı ilə fəxr edirik və Ona öz hədsiz təşəkkürümüzü bildiririk! Vətənimizin müstəqilliyi, topaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik, qazilərimizə dərin minnətdarlığımızı ifadə edirik!
Bir daha Sizi bu möhtəşəm Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edir və böyük qürur hissi ilə deyirik: Allah Azərbaycan xalqını, rəşadətli Ordumuzu və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev