Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.

Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən  gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub.

Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.